İdman

Konor Makqreqor uzunmüddətli diskvalifikasiya edildi

8 Oktyabr 2025 00:50
Baxış: 1 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UFC döyüş təşkilatı açıqlayıb ki, məşhur döyüşçü Konor Makqreqor şirkətin antidopinq qaydalarını pozduğu üçün uzun müddətli diskvalifikasiya edilib.

Milli.Az xəbər verir ki, Konor Makqreqor 2024-cü ilin 12 aylıq dövründə bioloji nümunə toplama prosedurlarından üçünü yerinə yetirmədiyi üçün 18 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

UFC bildirir ki: "Makqreqorun qaçırdığı testlər 2024-cü ilin 13 iyun, 19 sentyabr və 20 sentyabr tarixlərində baş verib və hər biri CSAD (Combat Sports Anti-Doping) tərəfindən 'yer məlumatı pozuntusu' olaraq qiymətləndirilib."

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.