Təzyiq dərmanını səhər, yoxsa axşam içək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniyada aparılan və "The Lancet" jurnalında dərc olunan nəhəng klinik sınaq - TIME (Treatment in Morning versus Evening) - hipertoniya xəstələrinin ən çox verdiyi suallardan birinə aydınlıq gətirib: təzyiq dərmanını səhər içmək daha yaxşıdır, yoxsa axşam?
Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, tədqiqatda 21 mindən çox hipertoniya xəstəsi iştirak edib. İştirakçılar təsadüfi olaraq iki qrupa bölünüb: biri səhər, digəri isə axşam dərman qəbul edib. Onlar illərlə izlənilib və ürək tutması, insult və ölüm halları müqayisə olunub.
Nəticə gözlənildiyi kimi sadə olmayıb: axşam qəbulun səhərdən əhəmiyyətli üstünlüyü aşkarlanmayıb. Yəni kardiovaskulyar hadisələrin tezliyi hər iki qrupda eyni səviyyədə olub. Bu, illərdir aparılan "axşam qəbul daha yaxşı qoruyur" iddialarına ciddi cavab sayılır.
Alimlər qeyd edirlər ki, bəzi xəstələrdə axşam qəbul qan təzyiqinin gecə nəzarətini yaxşılaşdıra bilər, lakin bu, hamıya aid deyil. Üstəlik, sidikqovucu tərkibli dərmanların axşam qəbul edilməsi yuxu pozğunluğuna səbəb ola bilər.
Araşdırmanı aparan "University of Dundee" və bir neçə britaniyalı klinik mərkəzin alimləri vurğulayıb ki, əsas məsələ dərmanı vaxtında və mütəmadi qəbul etməkdir. Qəbul saatını isə həkimlə birgə, şəxsi həyat tərzinə və dərmanın növünə uyğun müəyyənləşdirmək lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bürcünə görə hansı ölkədə yaşamalısan? Astrologiyada yeni trend
-
Yox olmaq təhlükəsində olan peşələr bəlli oldu
-
Meyvələrdəki parlaq təbəqə nədir?
-
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
-
Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır - UN-Habitat rəsmisi
-
“Küləklər şəhərinin salnaməsi" XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı adlı sərginin açılış mərasimi keçirilib - FOTO
-
Bakıda WUF13-ün ilk günü başa çatıb - FOTO
-
Hamilə qadınlara qətiyyən bunları demək OLMAZ
-
ABŞ-nin mümkün hücumuna hazırlaşırlar
-
Britaniyada müəllimə şagirdlərin gözü qarşısında öldü
-
Oleksiy Kuleba Azərbaycana səfərə gəlib
-
Mavriki Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Hörmüz boğazı ilə bağlı gözlənilməz QƏRAR
-
Ceylo makiyajsız belə GÖRÜNÜR – FOTO
-
Sürücülərin DİQQƏTİNƏ
-
Aqil Xəlilov işdən çıxarıldı
-
Namiq dəbdəbəli bağını nümayiş etdirdi - VİDEO
-
İlham Əliyev Aleksandar Vuçiç ilə görüşüb - FOTO
-
Mövlud Çavuşoğlunun güllələnən qardaşı vəfat etdi
-
Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik
-
Ərdoğan məşhur sənətçinin konsertini tribunadan İZLƏDİ - FOTO
-
Türkiyədə ATIŞMA: 2 polis şəhid oldu - FOTO
-
Prezident İlham Əliyev Suhail Al Mazroueini qəbul edib - FOTO
-
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib





