Sağlamlıq

Limon və sarımsaqdan 30 dəfə güclüdür - Dünyanın ən təsirli antioksidantı, ömrü uzadır

8 Oktyabr 2025 00:35
Baxış: 382
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kəklikotunun suyunu içmək bədəni xəstəliklərdən qoruyur, iltihabı aradan qaldırır, immun sistemini gücləndirir və limonla sarımsağın təsirini belə geridə qoyur. 

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kəklikotu suyu, kəklikotu bitkisindən əldə edilən və təbii şəfa mənbəyi kimi tanınan bir məhsuldur. Xüsusilə Aralıq dənizi mətbəxində geniş istifadə olunan kəklikotu, həm ləzzəti, həm də müalicəvi xüsusiyyətləri ilə seçilir.

Qidalanma və pəhriz mütəxəssisi Diyetoloq Elif Yavuz qeyd edir ki, kəklikotu thymol və carvacrol kimi güclü antioksidant və antimikrob maddələr ehtiva edir:

"Bu maddələr immun sistemini gücləndirir, tənəffüs yollarını təmizləyir, öskürəyi yüngülləşdirir və iltihabı azaldaraq həzm sisteminə fayda verir."

Güclü antimikrob təsir

Kəklikotu suyunda olan timol və karvakrol maddələri bakteriya, göbələk və viruslara qarşı təsirli ola bilər. Buna görə də, kəklikotu suyu bədənə düşən infeksiyalara qarşı təbii müdafiə vasitəsi kimi çıxış edir.

Həzm sisteminə dəstək

Kəklikotu suyu mədə ağrısı, köp və qaz problemlərini yüngülləşdirə bilər. Həmçinin bağırsaq fəaliyyətini tənzimləyərək qəbizlik kimi problemlərin qarşısını alır.

İmmun sistemini gücləndirir

Yüksək antioksidant tərkibi sayəsində kəklikotu suyu orqanizmi zərərli sərbəst radikallardan qoruyur. Bu da bədəni soyuqdəymə və qrip kimi mövsümi xəstəliklərə qarşı daha dözümlü edir.

Tənəffüs yollarına yaxşı təsir edir

Öskürək, bronxit və astma kimi problemlərdə rahatlıq yarada bilər. Balgamqovucu təsiri ilə nəfəs yollarını açır, boğaz ağrısını və qıcıqlanmanı azaldır.

İltihabı azaldır

Antiinflamatuar xüsusiyyətləri oynaq ağrıları, revmatizm və digər iltihabi xəstəliklərin simptomlarını yüngülləşdirməyə kömək edir.

Dəri sağlamlığını yaxşılaşdırır

Antiseptik təsiri ilə dəri üzərindəki bakteriyaları təmizləyir, sızanaq və aknenin yaranmasının qarşısını alır. Qızartı və qıcıqları azaldaraq daha sağlam dəri görünüşü yaradır.

Ağız içi yaralara qarşı təsirli

Kəklikotu suyuyla edilən qarqaralar ağız içi yaralarını və diş əti iltihablarını azalda bilər. Antibakterial təsiri ilə ağız boşluğundakı zərərli mikrobları təmizləyir və pis qoxunun qarşısını alır.

Kəklikotu suyu necə istifadə olunmalıdır?

İçmək üçün: gündə 1 stəkan kifayətdir.

Qarqara üçün: Kəklikotu suyunu su ilə qarışdırmaq daha təhlükəsiz və təsirli hesab olunur.

Hamilə qadınlar, əmizdirən analar və xroniki xəstəliyi olan şəxslər kəklikotu suyunu içməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.