"36 min verdim, anamı öldürüb mənə verdilər” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Respublika Diaqnostika Mərkəzində beyin əməliyyatı keçirən 67 yaşlı qadın vəfat edib.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mərhumun qızı Lamiyə Quliyeva anasının ölümündə əməliyyatı icra edən neyrocərrah Tural Rəhimlini ittiham edir. O deyir ki, anası Ziyafət Səfiyeva 12 avqust tarixində Respublika Diaqnostika Mərkəzində həkim Tural Rəhimli tərəfindən xoşxassəli beyin şişi əməliyyatına götürülüb. Onlara əməliyyatın çox sadə və risksiz olduğu deyilsə də, sonradan xəstənin səhhətində ciddi ağırlaşmalar baş verib.
Lamiyə Quliyeva iddia edir ki, anası ikinci əməliyyatdan sonra da ağır vəziyyətdə 1 həftə reanimasiyada qalıb. Dediyinə görə, əməliyyatı icra edən həkim xəstəni nəzarətdə saxlamayıb və bütün işi rezidentlərinə tapşırıb.
Bu müddətdə xəstə yaxınları müalicə üçün xəstəxanaya və həkimə ümumilikdə 36 min manatdan çox vəsait ödəyib.
Lamiyə Quliyeva deyir ki, biopsiya nəticələrinə görə, xəstənin klinik müşahidə altında qalması tövsiyə olunsa da, həkim xəstəni evə buraxıb.
Şikayətçi bildirir ki, evə buraxılan anasının vəziyyəti daha da ağırlaşıb. Xəstə yaxınları 4 gün həkimə xəstəni yenidən xəstəxanaya qaytarması üçün təkid etdikdən sonra nəhayət, xəstə yenidən reanimasiya şöbəsinə qəbul edilib və vəziyyəti ilə bağlı müayinələrə başlanılıb.
İddialarla bağlı adı çəkilən neyrocərrah Tural Rəhimlinin mövqeyini öyrənməyə çalışdıq. Lakin onun nömrəsinə zəng çatmadı. Köməkçisi isə bildirdi ki, həkim məzuniyyətdədir.
Respublika Diaqnostika Mərkəzi ilə də əlaqə saxladıq. Bildirildi ki, hadisə ilə bağlı həkimlə birlikdə araşdırılma aparıldıqdan sonra ətraflı məlumat veriləcək.
Şikayətçi Lamiya Quliyeva isə hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edəcəyini bildirir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tovuzda ev yanaraq külə döndü
-
Körpəsi ilə ağır qəzaya düşən qadının vəziyyəti ağırdır - (Yenilənib/Anbaan video)
-
Bakıda X5 klinikaya çırpıldı - (Foto)
-
Qazaxda bıçaqlanan kişi Səməd Vurğunun qohumu imiş - Təfərrüat
-
İran sərhədindən Azərbaycana keçmək istəyən 4 əfqan saxlanıldı
-
BMU-nun tələbəsi vəfat etdi
XƏBƏR LENTİ
-
Unitaza buz kubları atmağa başladılar - səbəb
-
"Azərbaycanda bunları ilk dəfə mən etmişəm" - Abbas Bağırov
-
Arıqlama iynələri tez qocaldır
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi





