Mədəniyyət

Opera və Balet Teatrı “Qu gölü” baletini Heydər Əliyev Sarayının səhnəsində təqdim etdi - FOTO

21 İyun 2025 16:30
Baxış: 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən klassik balet sənətinin ən gözəl nümunələrindən biri sayılan Pyotr Çaykovskinin "Qu gölü" baleti Heydər Əliyev Sarayının səhnəsində nümayiş etdirildi.

Baletsevərlər tərəfindən hər zaman böyük maraqla qarşılanan bu tamaşa bu dəfə də yüksək peşəkarlıq və zəngin bədii tərtibatla təqdim olundu.

Əsas partiyalarda teatrın aparıcı solistləri - Ayan Eyvazova (Odetta-Odilliya), Əməkdar artistlər Makar Ferştandt (şahzadə Ziqfrid) və Anar Mikayılov (Rotbart) çıxış etdilər. Tamaşada həmçinin Əməkdar artist Elmira Süleymanova, solistlər Liana Praga, Timur Oduşev, Kamran Qurbanov, İntiqam Məmmədov, Seymur Qədiyev, Səbinə Hacıdadaş, Leyla Narimanidze, Dinara Məmmədova, Edvard Arazov, İslam Məmmədov və digərləri iştirak etdilər.

Tamaşanın dirijoru, Respublikasının Əməkdar artisti, teatrın baş dirijoru Əyyub Quliyev oldu.

Balet artistlərinin səhnə çıxışı tamaşaçılar tərəfindən böyük maraq və hərarətlə qarşılandı, gecə sənətsevərlərin yaddaşında yaddaqalan bir bədii hadisə kimi iz qoydu.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.