Texnologiya

"Apple" Trampın bu tələbinə qarşı çıxdı

21 İyun 2025 12:24
Baxış: 533
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tayvanın elektronika istehsalçısı "Foxconn" Hindistanda "Apple"ın istehsal strategiyasında iştirakını genişləndirəcək. Şirkət ilk dəfə olaraq "iPhone" üçün metal korpusların istehsalına başlayacaq.

Milli.Az xəbər verir ki, "The Economic Times"ın məlumatına görə, bu addım "iPhone"un istehsalında yerli əlavə dəyəri yalnız azca artıracaq - korpus material dəyərinin cəmi 2-3%-ni təşkil edir. Sənaye analitikləri bildirir ki, "Foxconn"un Hindistanda əlavə dəyəri ümumilikdə 10%-dən çox olmayacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl "iPhone"un ABŞ-da istehsal olunmasını tələb etmiş, əks halda "Apple"ın baş direktoru Tim Kukun ən azı 25% tariflərlə üzləşəcəyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.