Ölkə

Qaxın sabiq icra başçısı həbs olundu

21 İyun 2025 20:09
Baxış: 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev həbs edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, M.Şəkiliyev Səbail Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar qəbul edib.

Məhkəmə istintaq orqanının vəsatətini əsaslı hesab edərək təmin edib.

Qərara əsasən, Musa Şəkiliyev barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu gün Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Musa Şəkiliyev vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya xarakterli cinayətlərdə ittiham olunur. DTX-nin apardığı istintaq çərçivəsində onun vəzifədə olduğu dövrdə yol verdiyi qanun pozuntuları araşdırılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.