İdman

UFC Fight Night: Rusiyalı döyüşçü qələbə qazanıb - FOTO

21 İyun 2025 22:40
Baxış: 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda ilin ən gözlənilən idman hadisələrindən biri olan UFC Fight Night keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarım yüngül çəki dərəcəsində ilkin kartda Melissa Mullins (7-1-0, İngiltərə) və Daria Jeleznyakova (9-2-0, Rusiya) qarşılaşıblar.

Rusiyalı idmançı qələbə qazanıb.

Xatırladaq ki, "UFC Fight Night" turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla, ümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.

Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər - Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.