Cəmiyyət

Gündəm olan müəllim azərbaycanlı imiş

23 Dekabr 2025 19:06
Baxış: 1 058
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə ingilis dili müəlliminin geyimi ilə bağlı yayılan görüntülər sosial medianın əsas müzakirə mövzusuna çevrilib.

Milli.Az xəbər verir ki, ingilis dili müəlliminin dərs zamanı çəkilən görüntüləri, onun geyim tərzi və hərəkətləri istifadəçilər tərəfindən sərt tənqid atəşinə tutulub.

Müəllimin geyimini normal hesab edənlərlə yanaşı, bu şəkildə dərs keçilməsinin qəbulolunmaz olduğunu müdafiə edənlər arasında virtual qarşıdurma yaşanıb. Narazı kütlənin bir hissəsi Türkiyənin Milli Təhsil Naziri Yusuf Tekini sosial şəbəkədə etiketləyərək məsələ ilə bağlı tədbir görülməsini tələb edib.

Bəzi istifadəçilər isə əsas diqqətin təhsilin keyfiyyətinə yönəldilməli olduğunu bildiriblər. 

Məlum olub ki, sözügedən müəllim əslən azərbaycanlıdır. O, sosial şəbəkədə Səma İbrahimova kimi tanınır. 

Lalə Qüdrətova
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.