Hadisə

Masazırda gənc qızı maşına basıb qaçırdılar - ANBAAN VİDEO

22 Dekabr 2025 19:29
Baxış: 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün saat 17:30-da Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində gənc qız qaçırılıb.

Milli.Az xəbər verir ki, bu barədə hadisə şahidləri baku.ws-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilir ki, "Qurtuluş 93" ünvanında naməlum şəxslər "Mercedes" markalı avtomobil ilə gələrək orada yaşayan gənc qızı zorla avtomobilə mindiriblər. Daha sonra ərazidən uzaqlaşıblar. Qız köməyə adam çağırsa da, faydası olmayıb.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdik.

Baku.ws-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırma aparılır. Nəticəsi ilə bağlı məlumat veriləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.