Ölkə

Sayman Aruz sədr vəzifəsindən çıxarıldı, yerinə Sabir Rüstəmxanlı seçildi

23 Dekabr 2025 16:56
Baxış: 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycan Yazıçılar Birliyinin katibliyinin iclası keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

İclasda bir neçə qərar qəbul edilib.

Katibliyin qərarı ilə Güney Azərbaycan ədəbiyyatı komissiyasının yeni tərkibi formalaşdırılıb. Xalq şairi Sabir Rüstəmxanlı sözügedən komissiyanın sədri, şair Həmid Herisçi sədrin müavini, Pərvanə Məmmədli isə komissiyanın katibi təyin edilib.

Qeyd edək ki, bu qərara qədər Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri şair Sayman Aruz idi. Sayman Aruz AYB-nin sədri, Xalq yazıçısı Anarın müşaviri vəzifəsində qalıb.

Xatırladaq ki, bir müddət əvvəl bir sıra Güney azərbaycanlı qələm adamlarının Sayman Aruzla bağlı narazılıqları və Xalq yazıçısı Anara ünvanlanan, bu narazılıqları özündə ehtiva edən müraciətləri mediada yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.