Ölkə

​Dekabrın 23-də işıq kəsiləcək - Bu ərazilərdə

23 Dekabr 2025 00:38
Baxış: 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 23-də Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının bir sıra kəndlərində işıq olmayacaq.

Milli.Az xəbər verir ki, "Azərenerji" ASC-nin sifarişi əsasında aparılacaq texniki işlərlə əlaqədar Nehrəm 35/10 kV və Culfa 132/110/35/10 kV yarımstansiyalarından qidalanan bəzi yaşayış məntəqələri və obyektlərdə elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

Fasilə Güznüt, Çeşməbasar, Əbrəqunus, Qızılca, Ərəzin, Camaldın, Bənəniyar, Saltaq, Göydərə, Əlincə, Xanəgah, Xoşkesin, Gal, Şurut, Ərəfsə, Ləkətağ, Milax, Qazançı, Teyvaz, Boyəhməd, Kırna, Dizə kəndlərini əhatə edəcək.

Elektrik enerjisinin verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.