"Qalatasaray" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında öz meydanında İtaliyanın "Yuventus" klubunu qəbul edəcək.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, baş məşqçi Okan Buruk Mario Leminanın bu vacib dueldə komandasına kömək edə bilməyəcəyini açıqlayıb.
Qabonlu orta sahə oyunçusu zədə səbəbindən sıradan çıxıb. 32 yaşlı təcrübəli futbolçunun cavab qarşılaşmasına qədər tam hazır olacağı gözlənilir
Xatırladaq ki, "Qalatasaray" və "Yuventus" arasındakı oyun fevralın 17-də baş tutacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək.
Milli.Az





