Ölkə

Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş - Nömrəsi də xüsusi seçilib - FOTO

16 Fevral 2026 16:40
Baxış: 1 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bugün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib.

Milli.Az xəbər verir ki, V.Qurbanovun vəzifədən azad olunması ilə bağlı rəsmi məlumat TƏBİB tərəfindən təsdiqlənsə də, qurum sədrinin niyə işdən çıxarıldığı açıqlanmayıb.

Son olaraq 2025-ci ilin sentyabrında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən TƏBİB-də yoxlamaların aparılması ilə bağlı məlumatlar yayılmışdı. 

Vüqar Qurbanovun da vəzifədən azad olunmasının sözügedən yoxlamaların nəticəsilə əlaqəli olması istisna olunmur. İddialara görə yoxlamalar nəticəsində maliyyə pozuntuları aşkarlanıb. Burada söhbət milyonlarla vəsaitin mənimsənilməsindən gedir.

Milli.Az TƏBİB-in artıq keçmiş olan sədri Vüqar Qurbanovun şəxsi avtomobilinin markasını və nömrəsini əldə edib.

Vüqar Qurbanovun şəxsi avtomobili 99-VJ-999 nömrəli "BMW X7" markalı minik vasitəsidir. Vüqar Qurbanov avtomobilin nörməsini də təsadüfən seçməyib. 

Qeyd edək ki, sözügedən "BMW X7" markalı avtomobilin orta bazar dəyəri 250-300 min manatdır.

Mehman Əsədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.