ABŞ-in Mayami şəhərində Lionel Messinin bacısı Maria Sol Messi yol-nəqliyyat hadisəsi keçirib. Məlumata görə, o, avtomobili idarə edərkən qəfil huşunu itirib və nəqliyyat vasitəsi divara çırpılıb.
Milli.Az xəbər verir ki, hadisə nəticəsində Maria Solun onurğa sütunu, biləyi və dabanında sınıqlar aşkarlanıb, eyni zamanda yanıq xəsarətləri aldığı bildirilib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Ailəsi onun vəziyyətinin stabil olduğunu, həyatına təhlükə olmadığını açıqlasa da, uzun müddət reabilitasiya almasının vacib olduğu qeyd edilib.
Qəza səbəbindən Maria Solun yanvarın əvvəlində Rosarioda keçirilməsi planlaşdırılan toy mərasimi təxirə salınıb. O, "İnter Mayami" klubunun U-19 komandasında çalışan məşqçi Julin Arellano ilə ailə qurmalı idi.
Asya
Milli.Az





