Dünən Heydər Əliyev prospektində baş vermiş ağır qəzada ölən piyadanın kimliyi müəyyənləşib.
Turan Abdullayevin idarə etdiyi "Changan" markalı avtomobilin qarşısına qəfil çıxan və zərbəyə tuş gələn şəxsin 1981-ci il təvəllüdlü Namiq Əli oğlu Süleymanov olduğu müəyyən edilib.
Hadisə yerinin yaxınlığındakı "Yeni Klinika"nın Reanimasiya şöbəsinə çatdırılan şəxs az sonra vəfat eib.
Fakt üzrə Nizami RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
---------
20 iyun 13:20
Bakıda yol-nəqliyyat hadisəsi baş verib, piyada həyatını itirib.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, "ASK Arena"nın qarşısında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, iki piyada yolun hərəkət hissəsindən keçib və onlardan birini minik avtomobili vurub. Piyada hadisə yerindəcə həyatını itirib.
Qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat sıxlığı yaransa da, polis əməkdaşları tərəfindən görülən zəruri tədbirlər nəticəsində hazırda avtomobillərin sərbəst hərəkəti təmin edilib.
Milli.Az