Dünya

27 yaşlı qadın həkimə getdi, kişi olduğu üzə çıxdı - FOTO

20 İyun 2025 18:00
Baxış: 769
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Kentukki ştatında yaşayan 27 yaşlı Sierra Arena uzun illərdən sonra genetik olaraq kişi olduğunu öyrənib. Onun sözlərinə görə, bu faktı yalnız yeniyetməlik dövründə həkimə müraciət etdikdən sonra öyrənib.

Milli.Az xəbər verir ki, Sierra Arena Daily Mail-ə verdiyi müsahibədə bildirib ki, uşaqlıqdan özünü tamamilə qadın kimi hiss edib və heç vaxt cinsi kimliyinə şübhə etməyib. Lakin 16 yaşına çatdıqda bədənində qeyri-adi dəyişikliklər müşahidə edib - menstruasiyanın olmaması və menopauzaya bənzər simptomlar onu narahat etməyə başlayıb.

Müayinələr zamanı həkimlər Arenanın genetik cəhətdən kişi olduğunu müəyyən ediblər. Onun DNT-sində kişi xromosom dəsti - XY aşkar olunub. Həmçinin məlum olub ki, yumurtalıqları inkişaf etmədiyindən Arena yetkinlik dövrünə tam keçid edə bilməyib.

Sierra Arena bu vəziyyətə əvvəlcə utanaraq yanaşdığını etiraf edir. İndi isə potensial partnyorlarına sonsuzluqla bağlı vəziyyəti əvvəldən izah etməyə çalışır. "Keçmişdə çəkinirdim, amma indi daha çox danışmağa ehtiyac duyuram", - deyə o bildirib.

Qeyd edək ki, İnterseks adlanan bu insanlar bioloji və genetik xüsusiyyətlərinə görə tipik kişi və ya qadın kateqoriyalarına tam uyğun gəlməyən fərdlərdir. Bu hal bəzən intrauterin (ana bətnində) inkişaf zamanı hormonal və xromosom dəyişikliklər nəticəsində meydana gəlir. Mütəxəssislərin fikrincə, təxminən 40-a yaxın interseks variasiyası mövcuddur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.