Ölkə

İsveçrə səfiri və səfirliyin əməkdaşları Tehranı tərk edərək Azərbaycana gəliblər

20 İyun 2025 19:26
Baxış: 418
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçrə İrandakı səfirliyinin fəaliyyətinin müvəqqəti dayandırıldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı İsveçrənin Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, bu qərar İranda hərbi əməliyyatların intensivliyi və hökm sürən qeyri-sabit vəziyyətlə əlaqədardır.

Nazirlikdən diplomatik nümayəndəliyin bütün əməkdaşlarının Tehrandan təxliyə edildiyini də bəyan edilib:

"Səfirliyin bütün əməkdaşları İrandan təxliyə edilib. Onlar yalnız vəziyyət sabitləşdiyi halda İran ərazisinə qayıdacaqlar. Biz tərəfləri vəziyyətin sabitləşdirilməsi məqsədilə dialoqa çağırırıq".

İsveçrə xarici işlər naziri İqnasio Kassis isə bildirib ki, bəzi əməkdaşlar səfirlə birlikdə bir qədər əvvəl Tehranı tərk edərək Azərbaycana gəliblər: "Onların ardınca daha bir qrup da Bakıya təxliyə olunub. Bu şəxslərin yaxın vaxtlarda İsveçrəyə yola düşəcəyi gözlənilir". /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.