Şou-biznes

"Xalq artisti" adından məhrum edildi

19 İyun 2025 19:05
Baxış: 3 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Ukraynanın Xalq artisti Ani Lorak Rusiya vətəndaşlığı alıb. 

Milli.Az-ın verdiyi məlumata görə, Lorakın adı "Mirotvorets" (red. - "Ukraynanın düşməni" hesab edilən şəxslərin siyahısının dərc olunduğu sayt) məlumat bazasına daxil edilib. O, Ukraynanın sanksiyalarına məruz qalıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.

Sanksiyalar arasında aktivlərin bloklanması, ticarət əməliyyatlarına qadağa və Ukrayna ərazisindən kapitalın çıxarılması daxildir. Bundan əlavə, Lorak dövlət mükafatlarından və ölkənin "Xalq artisti" fəxri adından məhrum edilib.

Qeyd edək ki, Ani Lorak Ukraynanı tərk edib və son illər Rusiyada yaşayır. (Axşam.az)

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.