Bu 7 peşədə çalışanlar gələn il risk altında
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərədə aparılan geniş araşdırma göstərib ki, gələn il süni intellekt (AI) səbəbindən bəzi peşələr ciddi risklə üzləşə bilər.
Milli.Az xəbər verir ki, Chartered Institute of Personnel and Development (CIPD) tərəfindən aparılan tədqiqatda 2.000-dən çox işəgötürənin işə qəbul, əmək haqqı və işdən çıxarma planları öyrənilib. Nəticələr göstərir ki, hər altı işəgötürəndən biri (17%) hesab edir ki, süni intellekt texnologiyaları gələn 12 ayda işçi sayını azalda bilər.
İştirakçıların 62%-i isə bunun xüsusilə idarəçilik, katiblik, aşağı səviyyəli menecment və peşəkar ofis işçilərinə təsir edəcəyini bildirib.
Böyük özəl şirkətlərin 26%-i işçi sayının azalacağını proqnozlaşdırır.
Dövlət sektorunda bu göstərici 20%, kiçik özəl müəssisələrdə isə 17% olub.
İşçi sayını azaltmağı planlaşdıran şirkətlərin 26%-i mövcud işçilərin 10%-dən çoxunu işdən çıxarmağı gözləyir. Həmçinin hər beş işəgötürəndən biri (22%) 2025-ci ilin son rübünə qədər kütləvi işdən çıxarmalar planlayır. Eyni zamanda 61% yeni işçilərin qəbulunu düşünür.
CIPD-nin əmək bazarı üzrə aparıcı iqtisadçısı Ceyms Kokett bildirib: "Süni intellekt bir çox işin görülmə formasını dəyişdirir və məhsuldarlıq potensialı böyükdür. Lakin eyni zamanda bir çox işçini geri qoyma riski daşıyır. Ən böyük təhlükə gənc və aşağı vəzifəli işçiləri təhdid edir."
Onun sözlərinə görə, AI dövründə hər kəsin yenidən təhsil alması və yeni bacarıqlar qazanması vacibdir. Hökumətin uzunmüddətli əmək bazarı planlaması və bacarıq inkişafına sərmayə qoyması zəruridir.
İngiltərə Statistika Ofisinin (ONS) məlumatına görə, 2025-ci ilin sentyabrında işsizlik 5%-ə yüksəlib. Bu, pandemiyanın təsirini nəzərə almadıqda 2016-cı ildən bəri ən yüksək göstəricidir.
AI tərəfindən risk altında olan 7 peşə:
Ofis, idarəçilik və katiblik işləri - 62% risk
Menecer və yüksək səviyyəli idarəçi - 28% risk
Satış və xidmət sektoru işçiləri - 27% risk
Yarı ixtisaslı və ixtisası olmayan işçilər - 23% risk
Hüquq, maliyyə və digər peşəkar sahələr - 17% risk
Usta, sənətkar və ixtisaslı əl işləri - 13% risk
Sahə meneceri - 10% risk
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu gündən varlanmağa başlayacaq bürclər
-
Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - (Video)
-
Fatih Terim türk serialında çəkiləcək?
-
"Borussiya Dortmund" futbolçuları stadionda duş almaqdan imtina etdi – SƏBƏB
-
“Qarabağ”ın “Sabah”la bağlı paylaşımı müzakirələr yaratdı – (Video)
-
Xəyyam 5-ci dəfə ata oldu
XƏBƏR LENTİ
-
Bu gündən varlanmağa başlayacaq bürclər
-
Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - (Video)
-
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
-
"28 Mall"un qarşısında ölüm - təfərrüat
-
Evinin "kupça"sı olmayanlara şad xəbər
-
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
-
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Fatih Terim türk serialında çəkiləcək?
-
Elçin Məmmədova vəzifə verildi
-
“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” - Hicran Nəsirova
-
"Barselona" UEFA Çempionlar Liqasında antirekordunu yeniləyib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
-
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
-
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - (Foto/Video)
-
Netanyahu: İran dərs çıxarmayıb, Müctəba Xamenei atasının yolu ilə gedir
-
"Borussiya Dortmund" futbolçuları stadionda duş almaqdan imtina etdi – SƏBƏB
-
Sabah Xətai və Nəsimidə qaz olmayacaq
-
Azərbaycanda istilik mövsümü noyabrın 15-də başlayacaq
-
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-də tətbiq etdi
-
Şəkinin daxili turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Yevgeni Mixaylovun ustad dərsi keçiriləcək
-
Muzeylərdə süni intellektin rolu beynəlxalq forumda müzakirə edilib - (Foto)
-
Bakıda bu yol 3 gecə bağlanacaq - Tarixlər





