Ölkə

“Maşın bazarı”nın ətrafında süni tıxac: alverçilər yolu zəbt edib - VİDEO

16 Noyabr 2025 17:51
Baxış: 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Yasamal rayonunda, "Maşın bazarı"nın ətrafındakı küçə alverçilər tərəfindən zəbt edilib.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a bir qrup sakin məlumat verib.

Bildirilib ki, bəzi alverçilər tərəfindən satışa çıxarılan avtomobillərin yolun kənarında qanunsuz olaraq park edilməsi səbəbindən bazarın ətrafındakı küçəda uzun tıxac yaranıb.

Qeyd edilib ki, hər həftənin bazar günü tıxac Müstəqillik küçəsi ilə İpək yolunun kəsişməsinə qədər olan hissədə geniş müşahidə olunur.

Bu isə hər dəfə sürücülərin narazılığına səbəb olur.

Daha ətraflı videonu təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.