Türkiyə

Ərdoğan Paşinyanla nə danışıb? - yenilənib

20 İyun 2025 23:40
Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:40

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.

Milli.Az-ın məlumatına görə, Ərdoğanın Dolmabahçe sarayındakı ofisində baş tutan görüşdə Cənubi Qafqazda sülh və dialoq prosesi, eləcə də regionla bağlı cari proseslər, xüsusilə Türkiyə və Ermənistan arasındakı təmaslar müzakirə edilib.

Prezident Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında əldə olunan razılaşmanın hazırkı konyukturada əhəmiyyətinə diqqət çəkib. O, Türkiyənin bölgənin inkişafı məqsədilə həyata keçirilən səylərə hər cür dəstəyi verməyə davam edəcəyini bildirib.

Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılacaq mümkün addımlar da müzakirə edilib.

Ərdoğan Türkiyənin təkcə Qafqazda deyil, bütün bölgədə sabitliyin bərqərar olması üçün diplomatiyanın bütün vasitələrindən istifadə etdiyini qeyd edib. O, İsrail - İran münaqişəsinin yaratdığı riskləri aradan qaldırmaq üçün liderlərlə təmaslarını davam etdirdiyini bildirib.

----------
20:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.

Milli.Az xəbər verir ki, görüş İstanbulda Dolmabahçe İş Ofisində baş tutub.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.