Şamaxıda COP29 İqlim Dəyişmələri üzrə ikinci Yay Düşərgəsi başa çatıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şamaxı şəhərində keçirilən COP29 İqlim Dəyişmələri üzrə ikinci Yay Düşərgəsinin dördüncü günü "Regional İnkişaf" İctimai Birliyi tərəfindən iştirakçılar üçün təşkil olunan ekskursiyalar çərçivəsində ilk olaraq, Dəmirçi kəndinə səfər edilib.
Milli.Az xəbər verir ki, burada iştirakçılar Arxeoloji Muzeyi ziyarət edərək bölgənin qədim tarixi və mədəni irsi barədə ətraflı məlumat alıblar. Ardınca düşərgə iştirakçılarının Alpaka fermasına ekskursiyası baş tutub.
Dördüncü günün proqramı mədəniyyət axşamı ilə yekunlaşıb. İştirakçılar arasında dostluq, qarşılıqlı anlaşma və mədəni müxtəlifliyə hörmət mühitinin güclənməsi məqsədilə təşkil edilən mədəniyyət axşamında müxtəlif ölkələrdən olan iştirakçılar öz ölkələrinin tarixi, musiqisi və rəqsləri barədə təqdimatlar ediblər. Bununla yanaşı, onlar milli atributlarını və müxtəlif şirniyyatlarını təqdim edərək düşərgə iştirakçılarına öz mədəniyyətlərini daha yaxından tanıtmaq fürsəti əldə ediblər.
Düşərgənin sonuncu günü "Regional İnkişaf" İctimai Birliyinin əməkdaşları Şəfiqə Tağızadə və İlkin Əliyarlı tərəfindən buzqıran oyunları keçirilməsi ilə başlanıb.
Sonra IRENA agentliyi tərəfindən iqlim dəyişikliyinin qarşısının alınmasında bərpaolunan enerjinin rolu və ədalətli, inklüziv enerji keçidi anlayışı ilə bağlı təlim sessiyası keçirilib.
Ardınca iqlim dəyişikliyi və ətraf mühit məsələləri ilə bağlı məntiqi suallardan ibarət intellektual oyun təşkil edilib.
Günün sonunda baş tutan bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub.
Düşərgə vida şam yeməyi ilə başa çatıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
-
Kafellərin arasındakı qaralmanı 2 məhsulla 15 dəqiqəyə təmizləyin
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
-
Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?
-
Orqanizminizdə iltihab varsa qəhvə için
-
Yayda idman edənlər bunlara diqqət etməlidir
-
"Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
-
Bakıda bu mənzillərə tələbat artdı - (Video)
-
Hər gün banan yeyin
-
Günün qoroskopu: Maliyyə məsələləri diqqət mərkəzinizdə olacaq
-
Pezeşkian: "İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"
-
656 bal topladı, paytaxt əvəzinə bölgə universitetini seçdi
-
Gəncədə ev yandı - (Video)
-
Avtomobillərin qiyməti artacaq? - (Video)
-
Zakir Həsənov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib - (Foto)
-
Məcburi evliliyə etiraz edən 17 yaşlı qız sığınacağa qaçdı
-
Nail Naiboğlu Space TV-də
-
“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq - Yenilənib - (Foto/Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
"Real"dan darmadağın - (Video)
-
Ev konservlərini nə qədər saxlamaq olar?
-
“İki uşaq anasıyam, kimdir məni alan?“ - Renka
-
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - (Foto)
-
Nikolas Maduronun həbsxanadan ilk (Fotoları)





