Suyun stressə faydası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Liverpul Con Murs Universitetinin alimləri su qəbulunun orqanizmin stressə reaksiyasına təsir etdiyini müəyyən ediblər.
Milli.Az xəbər verir ki, tədqiqatda 18-35 yaş arası 100 kişi və qadın iştirak edib. Son mərhələdə alimlər 32 nəfəri seçərək onları iki qrupa ayırıblar: gündə orta hesabla 1,3 litr su içənlər və gündə 4,4 litr su qəbul edənlər.
Bir həftəlik müşahidədən sonra iştirakçılar üçün süni stress vəziyyəti yaradılıb. Onlardan iş müsahibəsi şəraitində çıxış etmək, yadda hesablama aparmaq və ani tapşırıqları yerinə yetirmək tələb olunub.
Nəticədə məlum olub ki, daim az miqdarda su içən insanlarda stress vəziyyətində stress hormonu kimi tanınan kortizolun səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Bununla belə, hər iki qrupda narahatlıq hissi və ürək döyüntüsünün sürətlənməsi göstəriciləri eyni olub.
Araşdırmaya görə, su və kortizol arasında dolayı əlaqə var. Belə ki, bədəndə maye az olduqda, suyu saxlamağa kömək edən vazopressin hormonu artır. Vazopressin isə adrenokortikotrop hormonunun (AKTG) sintezini stimullaşdırır, bu da öz növbəsində kortizolun ifrazına səbəb olur.
Beləliklə, kifayət qədər su içməmək orqanizmdə stress sisteminin daima hazır vəziyyətdə qalmasına, bu da stressə həddindən artıq reaksiya ilə nəticələnməsinə səbəb olur. /Axşam.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir
-
Azərbaycan Özbəkistanda qızıl çıxaracaq
-
“Borussiya” “Qarabağ”a təşəkkür etdi - (Foto)
-
Şəkinin 300 illik kəlağayısı: Tarixin ipək izi - (Foto)
-
Röyanın eynəkləri gündəm oldu - (Video)
-
Qazaxıstandan deportasiya edilən Navai konsertə hazırlaşır
-
Türk dövləti əlifbasını dəyişir
-
“Barselona” PSJ-dən UEFA-ya şikayət edəcək - (Foto)
-
19 ev, milyonlarla dollar, qızıl külçələr - Ramin İsayevin əmlakları - (Foto)
-
Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik
-
Evdə köhnə 1000 manatınız varsa, bu xəbərə diqqət edin - (Foto)
-
Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
-
2 vəkilə töhmət verildi, 4-nə xəbərdarlıq edildi
-
Kvaratsxeliya ilə bağlı pis xəbər: 9 ay...
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - (Foto)
-
Azərbaycanda qripə qarşı peyvəndləmə başlayır
-
Həbsdə olan azərbaycanlı müğənni: "Heç kim namusuma ləkə gətirə bilməz" - (Foto)
-
Azərbaycanda vəzifəli şəxs saxlanıldı - (Foto)
-
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi!
-
“Barselona”nın əsas futbolçularından daha biri “Real”la matçı buraxacaq
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Buta Gallery-də Elşən Karaca və Namiq Məmmədovun əsərlərini bir araya gətirən “İki baxış. Bir dünya” sərgisi açılacaq
-
Burak Özçivit azərbaycanlı ifaçının çıxışını paylaşdı – (Video)





