Dünya

"Xameneinin yerini bilirik, təslim olun!" - Tramp

17 İyun 2025 20:48
Baxış: 1 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tramp İranı Xamenei ilə hədələdi: "Qeyd-şərtsiz təslim!"

ABŞ Prezidenti Donald Tramp İranı qeyd-şərtsiz təslim olmağa çağırıb və bu ölkənin ali rəhbəri Seyid Əli Xameneini birbaşa hədəfə alıb.

Milli.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib. Onun sözlərinə görə, ABŞ İranın ali liderinin harada olduğunu dəqiq bilir:

"Qeyd-şərtsiz təslim! Biz Ali Liderin harada gizləndiyini bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Çünki onu öldürmək niyyətimiz yoxdur. Ən azından hələlik. Amma biz raketlərin mülki şəxslərə və ya amerikalı əsgərlərə atılmasını da qəbul edə bilmərik. Səbrimiz tükənir. Diqqətinizə görə təşəkkür edirik!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.