Türkiyə

Azərbaycanlı barmen Türkiyədə iş yoldaşını öldürdü - FOTO

20 İyun 2025 11:25
Baxış: 1 443
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə azərbaycanlı barmen qətl törədib.

Milli.Az türk mediasına istinadla bildirir ki, hadisə Antalya şəhərinin Alanya qəsəbəsində baş verib.

Hadisə Alanyanın Çarşı məhəlləsində, barların yerləşdiyi ərazidə baş verib. Eyni sahədə fəaliyyət göstərən barmenlər - Azərbaycan əsilli Məhəmməd M. və Mustafa Arslan arasında hələ ki məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə qısa zamanda davaya çevrilib. Bu zaman Məhəmməd M. əlinə keçirdiyi sınıq şüşə butulka ilə Mustafa Arslanın boyun nahiyəsinə ağır xəsarət yetirib.

Hadisə yerinə gələn təcili tibbi yardım qrupları tərəfindən ilkin müdaxilə edilən yaralı xəstəxanaya çatdırılsa da, bütün tibbi müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

M.M. isə polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib.

Hadisə ilə bağlı istintaq davam etdirilir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.