Ölkə

"Uşağımı aldadaraq mənzilimə daxil oldu" - Saçı qırxılan qadın danışdı

29 Oktyabr 2025 23:01
Baxış: 679
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir neçə gün əvvəl həyat yoldaşı Tamerlan Məmmədov tərəfindən sosial şəbəkədə canlı yayımda saçı qırxılan Pərvanə İsmayılova hadisənin təfərrüatını danışıb.

Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, zərərçəkən P.İsmayılova bildirib ki, onlar arasında münasibətlər daha öncə pozulub.

"Bu ilin avqustunda Tamerlanla ailə həyatı qurmuşam. Hazırda onunla rəsmi nikahdayam. Mənim birinci həyat yoldaşımdan 10 yaşlı oğlum var. Tamerlan sonuncu dəfə uşağımı aldadaraq mənzilimə daxil oldu və mənə işgəncə verdi", - deyə P.İsmayılova qeyd edib.

Zərərçəkmiş onu da əlavə edib ki, məlum hadisəyə səbəb Tamerlanın onu videogörüntüləri ilə şantaj etməsi olub.

Qeyd edək ki, P.İsmayılova sahibkar, T.Məmmədov isə dövlət qulluqçusu olub. Qadın məlum hadisədən sonra polisə müraciət edib.

T.Məmmədov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi üzrə cinayət işi başlanılıb. Onu iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.