Ukrayna ordusunda xidmət edən polkovnik sosial şəbəkədə paylaşdığı foto ilə böyük qalmaqala səbəb olub. Komandir itiylə birlikdə çəkdirdiyi sadə bir fotoda arxa planda məxfi hərbi xəritələr və əməliyyat planları görünüb.
Milli.Az xəbər verir ki, fotoda masanın üzərində xəritələr, işarələnmiş mövqelər və əməliyyat istiqamətləri aydın şəkildə seçilib. Bu səbəbdən, şəkil düşmən qüvvələrə kritik məlumat sızdırmaq riski daşıdığı üçün ictimaiyyətdə və hərbi çevrələrdə ciddi narahatlıq yaradıb.
Paylaşım qısa müddətdə sosial mediada sürətlə yayılıb, yüzlərlə reaksiya və tənqidə səbəb olub.
Ukrayna ordusu hadisəni araşdırmağa başlayıb. Təhlükəsizlik qaydalarının pozulduğu ehtimal edilən bu paylaşım, qısa müddət sonra platformadan silinib.
Lalə Qüdrətova
Milli.Az





