Son günlər ölkə gündəmini zəbt edən, əri tərəfindən şiddət göstərilən Pərvanə İsmayılova hadisəyə aydınlıq gətirib.
Milli.Az məlumatına görə, Pərvanə İsmayılova bildirib ki, "Tamerlan Məmmədovla 3 il davam edən münasibətimiz olub. Biz 5 iyul 2025-ci il tarixində rəsmi nigaha girmişik. 5 gün əvvəl Tamerlan mənə dedi ki, sənin rəqs edən videonu tiktokda paylaşıblar və silmək üçün 900 manat pul istəyirlər. Mən də ona dedim ki, pulum yoxdur, halal ərimsən nə var burda? Amma bu videoda təkcə Tamerlanın telefonunda idi. Sonra üstü açıldı ki, bu özü açıb o profili ki, məndən pul alsın, amma planı baş tutmadı. Bunun bu hərəkətini görəndən sonra mən də, əsəbləşdim onun ağlayan videosunu "TikTok"da paylaşdım. O,da həmin videonu görəndən sonra gəlib mənə hücum etdi. Hər şey bir qırağa biabır oldum. O evdə oğlumu eyvandan atmq istəyirdi. Rəylərdə yazırlar, qadın xəyanət edib ona görə bu hadisə baş verib, onlara demək istəyirəmki mən həyat yoldaşıma xəyanət etməmişəm"
Qeyd edək ki, P.İsmayılova sahibkar, T.Məmmədov isə dövlət qulluqçusu olub. Qadın məlum hadisədən sonra polisə müraciət edib.
T.Məmmədov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi üzrə cinayət işi başlanılıb. Onu iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Milli.Az





