İdman

Boksçu nokautdan sonra yaddaşını itirdi - FOTO

20 İyun 2025 16:12
Baxış: 547
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyalı boksçu Dzin Sasaki ABŞ-li kiçik Brayan Norman ilə döyüşdə nokautla məğlub olduqdan sonra yaddaşını itirib, idmançı son ay yarımlıq müddəti xatırlamır.

Milli.Az xəbər verir ki, zərbə nəticəsində yerə yıxılan boksçu bir dəqiqədən çox hərəkətsiz qalıb və dərhal xərəklə rinqdən çıxarılaraq xəstəxanaya çatdırılıb. Orada aparılan kompüter tomoqrafiyası nəticəsində beynində qanaxma aşkarlanmayıb və Sasaki eyni gün evə buraxılıb.

Lakin boksçunun çalışdığı zalın rəhbəri İssei Nakaya açıqlamasında bildirib ki, Sasaki döyüşdən əvvəlki altı həftəlik xatirələrini itirib. Onun sözlərinə görə, boksçu xəstəxanada bildirib:

"Bu titul döyüşünün ümumiyyətlə baş tutduğunu belə xatırlamıram" .

Yaralanma səbəbindən döyüşdən sonrakı mətbuat konfransı ləğv edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.