İdman

"Qalatasaray"lı futbolçunun cəzası məlum oldu

13 Noyabr 2025 18:19
Baxış: 1 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray"ın futbolçusu Eren Elmalının cəzası məlum olub.

Milli.Az xəbər verir ki, 25 yaşlı cinah müdafiəçisi 45 gün komandasından uzaq qalacaq.

Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

Qeyd edək ki, o, mərc etdiyi üçün bu cəzaya məruz qalıb. Onun 5 il əvvəl 1 dəfə futbol oyununa mərc oynadığı müəyyən edilib.

Oyun sayı az olduğu üçün ona verilə biləcək ən yüngül cəza verilib.

"Qalatasaray"ın gənc müdafiəçisi Metehan Baltacı da eyni səbəbdən cəzalanıb. O, 9 ay futbolla məşğul ola bilməyəcək. (Offsideplus.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.