Bu qida əlavələrinə pul xərcləməyin - "Mənasız dərmanlardır, xeyri yoxdur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həkim bəzi populyar qida əlavələrinin faydasız olduğunu bildirib.
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Anna Oderi danışıb. O, bir çox tanınmış bioloji aktiv əlavələrin (BAD) əslində heç bir real faydasının olmadığını deyib.
Mütəxəssisin sözlərinə görə son illər əlavələr bazarı dərman bazarından daha sürətlə böyüyür, lakin elmi tədqiqatlar onların əksəriyyətinin reklamda göstərildiyi kimi təsir etmədiyini sübut edir.
Oderi qeyd edib ki, alfa-lipo turşusu tez-tez orqanizmi "təmizləyən" və "maddələr mübadiləsini sürətləndirən" vasitə kimi təqdim olunur, lakin bu, doğru deyil. "Bu maddə insan bədənində təbii şəkildə sintez olunur və sağlam insanlarda çəkidə və ya maddələr mübadiləsində ciddi dəyişiklik yaratmır. Cüzi effekt yalnız diabetik nevropatiyadan əziyyət çəkən xəstələrdə müşahidə olunub" - deyə həkim bildirib.
Ekspert həmçinin kolagen əlavələrinin də gözlənilən nəticəni vermədiyini deyib. Onun sözlərinə görə, qəbul edilən kolagen mədə-bağırsaq sistemində parçalanaraq amin turşularına çevrilir və bədən bu amin turşularından müxtəlif zülallar sintez edir. "Orqanizm amin turşularının məhz kolagenə çevrilməli olduğunu bilmir. Müşahidə edilən azacıq effekt isə əsasən rasiondakı ümumi zülal miqdarının artması ilə bağlıdır" - deyə Oderi vurğulayıb.
O, koenzim Q10 əlavələrinin də sağlam insanlara təsir etmədiyini bildirib. "Sağlam insanlarda Q10 səviyyəsi normal olur, əlavə qəbul isə nə enerji, nə dözümlülük baxımından nəzərəçarpan dəyişiklik yaratmır. Bu maddə yalnız ürək çatışmazlığı olan xəstələrdə müalicənin bir hissəsi kimi faydalı ola bilər" - deyə mütəxəssis qeyd edib.
Oderi probiotiklər haqqında da danışaraq onların hər kəs üçün uyğun olmadığını bildirib. Onun sözlərinə görə, sağlam insanlarda probiotiklərin faydası elmi cəhətdən sübut edilməyib, nəzarətsiz qəbulu isə bağırsaq mikroflorasının balansını poza bilər.
Ekspert əlavə edib ki, selen, sink və biotin kimi mikroelementlər yalnız orqanizmdə real çatışmazlıq olduqda təsirli olur. "Tam və balanslı qidalanan insan üçün bu əlavələr sadəcə mənasız xərcləməyə çevrilir", - deyə o bildirib.
Həkim vurğulayıb ki, reklam çox vaxt elmdən daha inandırıcı görünür, çünki "detoks", "gəncləşmə" və "bərpa" kimi cəlbedici sözlərdən istifadə olunur. Halbuki sağlam qalmaq üçün əsas amillər dəyişməzdir: düzgün qidalanma, hərəkət, kifayət qədər yuxu və həkim məsləhəti.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?
-
Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək





