Ölkə

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək

13 Noyabr 2025 22:35
Baxış: 292
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2025-ci il noyabrın 23-26-da ilk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək. Forumun rəsmi açılışı noyabrın 24-də Gülüstan Sarayında olacaq. 

Milli.Az xəbər verir ki, forum çərçivəsində "Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü", "WUF13-ə doğru - Türk dünyasında ilk" adlı panel müzakirələri təşkil olunacaq. 

Toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 300-ə yaxın QHT təmsilçisi iştirak edəcək. 

Tədbir çərçivəsində "Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu" da təşkil olunacaq.

Forum Bakıdan sonra öz işini Naxçıvan Muxtar Respublikasında davam etdirəcək. Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunması da gözlənilir. Bu Platformada 8 ölkədən QHT-lər birləşəcək. 

Qeyd edək ki, bu ilin aprelində Bakıda dünyanın 3/2 hissəsini əhatə edən bölgədən olan vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Qlobal Cənub QHT Platforması da təsis olunub. Bu il həmçinin dünya müsəlmanlarının 60%-nin yaşadığı, "İslam Səkkizliyi" adlanan D8 ölkələrinin QHT-lərinin ilk görüşü də Azərbaycanda təşkil olunub. 2025-ci il oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində "Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası" adlı panel müzakirəsində xüsusi vurğulanıb ki, son 2 ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır. Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunması bu istiqamətdə prosesin mühüm tərkib hissəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.