Müğənni Səidə Dadaşova xalası - Xalq artisti Brilliant Dadaşovanın özü və həyat yoldaşı ilə bağlı iddialarına cavab verib.
Milli.Az xəbər verir ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb.
Səidə Xalq artistinin "Həyat yoldaşı Səidənin qabırğasını sındırıb" iddiasına qarşı bunları söyləyib:
"Brilliant xanıma, xalama böyük hörmətlə yanaşıram. Həmişə qayğıkeşdir, atam vəfat edəndən sonra təkliyə qapanmışdım. Doğrudan da xoşbəxtəm. Hansı ailədə problem olmur? Uşağım məktəbə gedir, dedilər ki, bu nə deməkdir? Əgər nəsə olubsa da, zəng et mənə, de ki, nə olub? Uşağım böyük travma yaşayır. Sadəcə öz anamdan danışmışam, dedilər ki, ananı saymırsan.
Bu gün niyə uşağım gəlib deyir ki, ana, mənə deyirlər atan sürücüdür? Ayıbdırmı? Pandemiya dövründə həyat yoldaşım sürücülük edib ailəsini dolandırdı. Haram pul yeməyib. Mənim işlərimi görür, başqa işləri var. Mən çox xoşbəxtəm, uşağıma travma yaşatmayın, nəsə olubsa da, bir daş altında, bir daş üstündə. Ya da bu sözü dedim, ondan çıxmadı, bacıma dedim, ondan çıxdı.
Allah 35 yaşımda mənə övlad payı verdi, imkan verin, rahat yaşayım. Mən bir insana tabe olmuşam, canıma yananım getdi. İndi də həyat yoldaşıma və oğluma tabeyəm. Elə bilirdim yanımda heç kim yoxdur, amma çox sağ olun, çox xoşbəxtəm, yanlış məlumatlar var, ona aydınlıq gətirdim, bəlkə onu da doldurublar. Əsəbi vaxtımda demişəm". (bizim.media)
Milli.Az





