İdman

“Real” Konatedən imtina etdi: Yeni hədəf bəlli oldu

3 Mart 2026 12:30
Baxış: 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid" futbol klubu müdafiə xəttini gücləndirmək planlarında ciddi dəyişiklik baş verib. İspaniya nəhəngi bir müddətdir izlədiyi "Liverpul"un müdafiəçisi İbrahima Konatedən imtina edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, müqaviləsi mövsümün sonunda başa çatacaq fransalı futbolçunun çıxışı Madrid klubunun rəhbərliyini qane etməyib. 2021-ci ildə "Leyptsiq"dən 36 milyon funta (82 milyon AZN) transfer edilən Konateni siyahıdan silən "Kral Klubu" diqqətini "Borussiya Dortmund"un üzvü Niko Şlotterbekə yönəldib. Almaniyalı müdafiəçi hazırda "Real"ın yay transfer pəncərəsi üçün bir nömrəli hədəfinə çevrilib.

Müdafiə xətti üçün digər namizəd isə "Tottenhem"in ulduzu Mikki van de Vendir. "Sports Boom"un yaydığı məlumata görə, 24 yaşlı niderlandlı futbolçu London klubu ilə yeni müqavilə danışıqlarını dayandırıb. "Tottenhem" Premyer Liqada qalmaq mübarizəsi apardığı bir vaxtda, futbolçunun "Real Madrid" və "Barselona"nın marağı səbəbindən fikrinin qarışdığı bildirilir. Qeyd edək ki, "Tottenhem" bu transfer üçün 100 milyon funt (228 milyon AZN) tələb edir.

Yarımmüdafiə xəttini də gücləndirmək istəyən Madrid təmsilçisinin skautu Juni Kalafat rəhbərliyə "Kristal Palas"ın gənc istedadı Adam Uortonu tövsiyə edib. Kalafat 22 yaşlı ingilis futbolçunun Rodri və ya Aleksis Mak Allisterlə müqayisədə daha strateji bir transfer olacağına inanır. Siyahıda həmçinin PSJ-nin yarımmüdafiəçisi Vitinya da yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.