Hadisə

Əlillik dərəcəsi almaq istəyən Qarabağ veteranı dələduzluğun qurbanı oldu

21 İyun 2025 20:49
Baxış: 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağ veteranı dələduzluqla üzləşib. 

Milli.Az-ın məlumatına görə, II Qarabağ savaşında iştirak edən Emin müharibədə yaralanıb. Lakin ona əlillik dərəcəsi təyin edilməyib. 

Tanışları Eminə bu işdə ona əvvəldən tanıdıqları Rəmzi adlı şəxsin kömək edə biləcəyini deyiblər. Bundan sonra Eminlə Rəmzi görüşüb. Özünü Eminə vəzifəli şəxs kimi təqdim edən Rəmzi ona əlillik dərəcəsi təyin etdirə biləcəyini deyib. Lakin bu işin təmənnasız həll edilməcəyi məlum olub. 

Emin əlillik dərəcəsi almaq üçün ayrı-ayrı vaxtlarda Rəmziyə ümumilikdə 7400 manat verib. Lakin verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. 

Rəmzi saxlanılıb və daha sonra ona qarşı Cinayət Məcəlləsini 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 

Cinayət işinin məhkəmə istintaqı Nizami Rayon Məhkəməsində aparılıb. Rəmzi məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Eminin işini pulsuz həll edəcəyini düşünüb. Ondan aldığı pulları isə şəxsi ehtiyaclarına xərcləyib. O, törtədiyi əməldən peşman olduğunu, həmçinin dəymiş ziyanın ödənildiyini deyib. 

Məhkəmə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun həbsdə və ev dustaqlığınıda saxlanıldığı ümumilikdə 1 il 7 ay 3 gün 1 günə 2 gün hesablanmaqla verilən cəzadan çıxılıb və o cəzasını çəkmiş hesab edilib. (Qaynarinfo)
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.