Siyasət

Paşinyan İstanbulda ermənilərə çağırış etdi: Hazır olun, Azərbaycan “Zəngəzur dəhlizi”ni açır

21 İyun 2025 20:22
Baxış: 1 113

Ermənistanın baş naziri Nikol Paşinyan bir daha bəyan edib ki, "Dünyanın kəsişməsi" layihəsi bu marşrutların keçəcəyi ölkələrin suverenliyi və yurisdiksiyası prinsipi əsasında bütün regional kommunikasiyaların açılmasına yönəlib.

Milli.Az xəbər verir ki, o, İstanbulun erməni icması ilə görüşündə "Zəngəzur dəhlizi" və ya "Turan dəhlizi" ilə bağlı çaxnaşma salmamağa, manipulyasiyalara boyun əyməməyə çağırıb.

"Bizim məntiqimizi, hədəflərinin "Turan" olduğunu deyən, həyəcan təbili çalan ermənilərin məntiqini başa düşə bilmirəm. Amma gəlin başa düşək, nə istəyirlər. Onlar Ermənistanın ərazisindən keçmək istəyirlər? Yaxşı, keçsinlər. Bu pisdir? Biz özümüz bunu "Dünyanın kəsişməsi" layihəsi kimi təklif edirik. Bizə deyirlər ki, şimala, cənuba, şərqə getmək istəyirik. Biz də onlara deyirik ki, gedin. 21-ci əsrdə sərhədləri bağlı olan bir ölkə təsəvvür edin?", -Ermənistanın baş naziri bildirib.

Eyni zamanda, Paşinyan təkrar edib ki, "Zəngəzur dəhlizi" olmayacaq, "Sülh yollarının kəsişməsi" olacaq.

Onun sözlərinə görə, bu, marşrutların qarşılıqlı hörmət, suverenlik və ölkələrin yurisdiksiyası əsasında fəaliyyət göstərməsi deməkdir.

Baş nazir eyni zamanda, "Sülh yollarının kəsişməsi"nin açılacağı təqdirdə Azərbaycanın bunu "Zəngəzur dəhlizi"nin açılışı kimi şərh edəcəyinə hazır olmağa çağırıb. (Publika.az)

 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.