Hadisə

Abşeronda axund Quran kursuna gələn 16 yaşlı qızı qaçırdı

20 İyun 2025 22:39
Baxış: 1 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu qız qaçırıb.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, axund Tahirov Turab Əliqan oğlu məscidə Quran dərsinə gələn 16 yaşlı qızı qaçırıb.

Qızın ailəsi polisə məlumat verib. Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

Hadisə ilə bağlı başqa bir detal isə axundun məscidə yığılan pulları da ələ keçirməsidir. İddia olunur ki, axund məscidin 20 min manatını da ələ keçirib.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.