İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin iyunun 13-də başlayan hərbi əməliyyatları ilə bağlı ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla bir neçə dəfə telefonla danışıb.
Mİlli.Az xəbər verir ki, diplomatların "Reuters"ə verdiyi məlumata görə, Əraqçi bildirib ki, İsrail hücumlarını dayandırmasa, Tehran danışıqlara qatılmayacaq. Danışıqlarda ABŞ-nin İrana may sonunda təqdim etdiyi, uranın zənginləşdirilməsinin regional konsorsium vasitəsilə həyata keçirilməsi təklifi qısa müzakirə olunub, lakin Tehran bunu rədd edib.
Tehrana yaxın diplomatlardan biri qeyd edib ki, Əraqçi Vaşinqtonu İsrailə müharibəni dayandırmaq üçün təzyiq göstərməyə çağırıb və bunun nəticəsində İran nüvə məsələsində çeviklik göstərə bilər.
ABŞ və İran rəsmiləri mövzu ilə bağlı şərh verməyib.
Asya
Milli.Az