Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva və İrəvan arasında daimi dialoq mövcuddur, lakin Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması məsələsi heç vaxt rəsmi şəkildə gündəmə gətirilməyib.
Milli.Az xəbər verir ki, Zaxarovanın sözlərinə görə, bu mövzu bəlkə də Ermənistan cəmiyyətində və ekspert dairələrində müzakirə olunub:
"Amma Rusiya ilə Ermənistan arasında rəsmi danışıqlarda belə bir məsələ qaldırılmayıb".
Asya
Milli.Az