Dünya

Ermənistan hava məkanını Rusiyaya bağlaya bilər

20 İyun 2025 23:03
Baxış: 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya rəsmiləri Ermənistanın Avropa İttifaqı ilə dərinləşən münasibətləri fonunda rəsmən hava məkanının Rusiya təyyarələri üçün bağlana biləcəyi ehtimalından narahatdır.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı açıqlama verib. O, bildirib ki, Ermənistanın Avropaya inteqrasiyası davam edərsə, Brüssel bu ölkəyə Rusiya aviasiyasına hava məkanını bağlamağı tapşıracaq və Ermənistanın başqa seçim şansı qalmayacaq.

"Baxın, hazırda bizim Avropa İttifaqı ilə hava əlaqəmiz yoxdur. Onlar hava məkanını Rusiya təyyarələrinin üzünə bağlayıblar. Ermənistan da belə bir addım atacaqmı? Əgər siz Avropa İttifaqına daxil olsanız, bəli. Çünki Brüssel sizə deyəcək ki, hava sahəsini bağlayın və siz bunu edəcəksiniz", - deyə Overçuk bildirib.

Rusiya rəsmisi bu ehtimalın yüzlərlə aviareysin ləğv olunmasına, yükdaşımalarda problemlərə və logistik sistemin pozulmasına səbəb ola biləcəyini qeyd edib.

Bu açıqlama, Moskvanın Ermənistanın Qərbə doğru meyillənməsindən artan narahatlığını bir daha nümayiş etdirir. Ekspertlərə görə, bu, Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı ola bilər.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.