Sağlamlıq

Sonsuzluğa səbəb nədir?

21 İyun 2025 01:01
Baxış: 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son illər Azərbaycanda qadınlar arasında sonsuzluq halları artıb.

Kimisi bunu qidalar, kimisi də fizioloji səbəblərlə bağlı olduğunu deyir.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki,son zamanlarda yalnız ölkəmizdə deyil, dünyada da sonsuzluq hallarında artım müşahidə edilir:

"Bunun önəmli səbəblərindən biri qadının sosiallaşması ilə bağlı ailə qurma yaşının artmasıdır. Sonsuzluq səbəblərdən asılı olaraq anadangəlmə, (daha çox uşaqlıq anomaliyaları, hipogonodotropik hipoqonodizm, eləcə də xromosom anomaliyalari ilə əlaqəli ( turner sindromu, klynfelter sindromu)) ola bilər. Sonsuzluğun həmçinin sonradan yaranan problemlərlə əlaqəli olması mümkündür.Təəssüf ki, sonsuzluq problemi yaşayan cütlüklərdə  ilk ağıla gələn elə qadın olur. Bəzən uzun illər, dəfələrlə qadın müayinə edilib problem aşkarlanmadığı halda belə müalicə alır. Amma həyat yoldaşının bir dəfə də olsun müayinədən keçmədiyini görürük".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.