Ölkə

Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı

12 Yanvar 2026 21:48
Baxış: 1 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda fəaliyyət göstərən "Pak Dad" restoranlar şəbəkəsi fəaliyyətini dayandırıb.

Milli.Az "Yeni Sabah"a istinadla xəbər verir ki, iaşə obyektinin Koroğu Rəhimov (Abu Arena), Sarayevo ("Əhmədli" metrostansiyası), M.Qardaşları ("Torqovı"), A.M Şərifzadə küçələri, "Gənclik Mall", "28 Mall", "Park Bulvar" ticarət mərkəzlərindəki filialları xeyli müddətdir bağlıdır.

Restoranların daxil olduğu "Pakdad 2008" MMC ləğv olunub. Şirkətin ləğv edilmə səbəbi məlum deyil.

MMC-nin sahibi Babaşov Şöhrət Adışirin oğlu idi.

Qeyd edək ki, eyni tarixdə Ş.Babaşovun daha 2 şirkəti, ("Hacıqabul Quşçuluq" MMC və "Coffee Service" MMC) özünü ləğv etdiyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.