İdman

Bu 3 futbolçu Alonsonun "quyusunu qazıb"

13 Yanvar 2026 15:00
Baxış: 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Real" futbol klubunun baş məşqçisi Xabi Alonso ilə yollarını ayırmasında bir neçə əsas oyunçunun rolu olduğu bildirilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki,  44 yaşlı mütəxəssisin istefası yalnız nəticələrlə bağlı olmayıb, həm də komanda daxilində yaranmış problemlərlə əlaqədar olub.

Alonso oyunçularla normal münasibət qura bilməyib və aparıcı futbolçuların müqaviməti ilə qarşılaşıb. Ən gərgin münaqişə Vinisius Juniorla yaşanıb. Braziliyalı oyunçu baş məşqçinin tələbləri və matç zamanı əvəzlənməsi səbəbindən narazılıq göstərib.

Federiko Valverde isə istəmədiyi mövqedə çıxış etdiyi üçün Alonso ilə fikir ayrılığı yaşayıb. Peşəkar yanaşmasına baxmayaraq, oyunçu narazılığını açıq şəkildə ifadə edib.

Hətta ingiltərəli oyunçu Jude Bellingham da məşqçilər heyətini məyus edib və baş məşqçinin tələblərini tam şəkildə yerinə yetirməyib.

Qeyd edək ki, "Real" klubu ötən gün rəsmi açıqlama verərək Xabi Alonsonun müqaviləsinin ləğv olunduğunu bildirib.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.