"Qarabağ"ın ulduzu Türkiyədə oynaya bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ"ın istedadlı futbolçusu Emanuel Addai karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Milli.Az xəbər verir ki, 24 yaşlı qanalı hücumçunun yay transfer pəncərəsində "Konyaspor"a keçmək ehtimalı yüksəkdir.
Məlumata görə, Addai menecerləri vasitəsilə artıq Türkiyə Superliqasının tanınmış klubuna təklif edilib. Futbolçunun "Qarabağ"la müqaviləsinin bu mövsüm sonunda başa çatması "Konyaspor" rəhbərliyinin danışıqlar zamanı əlini gücləndirən əsas amillərdən biridir. Bu, Konya təmsilçisinə transfer məbləğinə qənaət edərək futbolçunu azad agent statusunda heyətinə qata bilmək imkanı yaradır.
Əgər bu keçid reallaşarsa, Emanuel Addai "Qarabağ"dan "Konyaspor"a transfer edilən ilk oyunçu olmayacaq. Cari ildə malili yarımmüdafiəçi Hamidu Keyta Ağdam klubundan ayrılaraq Türkiyə təmsilçisinə qoşulmuşdu. Keyta "Qarabağ"la müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etdikdən sonra "Konyaspor"la müqavilə imzalamışdı.
Xatırladaq ki, Emanuel Addai 2024-cü ilin yayında "Qarabağ"a transfer olunub və qısa müddətdə komandanın hücum xəttində özünəməxsus yer tutmağı bacarıb. /Sport24.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Fonseka klubdan ayrılır
-
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
XƏBƏR LENTİ
-
Noyabr üç bürcə xoşbəxtlik və şans gətirəcək
-
Unitaza buz kubları atmağa başladılar - səbəb
-
"Azərbaycanda bunları ilk dəfə mən etmişəm" - Abbas Bağırov
-
Arıqlama iynələri tez qocaldır
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)





