"9 yanvarda Rusiyanın Mərkəzi bölgələrində qeyri-adi qar yağacağı gözlənilir".
Milli.Az xəbər verir ki, bunu "Phobos" hava mərkəzinin mütəxəssisi Yevgeni Tişkovets deyib.
"Moskvada qar yığınları səhər saat 9-da yarım metrə çatıb, amma bu, yalnız başlanğıcdır. Güclü qar yağışı gün ərzində davam edəcək və pik həddə çatacaq. Yanvarın 9-da əlavə 17-22 millimetr yağıntı düşəcək və axşama qədər paytaxtda 65 santimetrə qədər qar yığınları əmələ gələcək. Bu da yanvar ayında müntəzəm meteoroloji müşahidələr tarixində qar qalınlığına görə bütün zamanların rekordunu qıracaq", - o, bildirib.
Paralel olaraq, sabah Türkiyədə də ümumilikdə 52 şəhərdə qar yağacağı gözlənilir.
"Biləcik, Bursa, Sakarya, Ankara, Əskişəhər, Konya, Karaman, Aksaray, Kırıkkale, Kırşehir, Yozgat, Sivas, Çankırı, Niğde, Bolu, Karabük, Kastamonu, Sinop, Çorum, Amasya, Tokat, Samsun, Giresun, Ordu, Ərzurum, Samsun, Giresun, Ordu, Ərzurum, Ərzincan, Van, Iğdır, Bayburt, Bitlis, Muş, Bingöl, Tunceli, Elazığ, Malatya, Hakkari, Diyarbəkir, Batman, Siirt, Afyonkarahisar, Kütahya, Uşak, Isparta, Burdur, Kayseri, Nevşehir, Gümüşhane, Artvin, Kahramanmaraşda qar yağacaq", - deyə qeyd olunub.
Qeyd edək ki, yaxın günlərdə paytaxt Bakıya da qar yağacağı bildirilir. Məlumata görə, yanvarın 16-dan etibarən Bakıda sulu qar yağışı başlayacaq.
Proqnozlara əsasən, yağıntılar yanvarın 22-dək müşahidə olunacaq. Bu müddət ərzində hava temperatu nisbətən aşağı düşəcək.
Yanvar ayının sonuna qədər sulu qarın fasilələrlə yağması gözlənilir. //globalinfo
Milli.Az





