Kriminal

MDB-nin ən nüfuzlu "qanuni oğru"suna cinayət işi açıldı - Axtarılır

20 İyun 2025 21:36
Baxış: 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvada uzun illərdir kriminal aləmdə nüfuz sahibi olan 64 yaşlı Merab Canqveladzeyə (kriminal dünyada tanınan adı ilə Merab Suxumski) qarşı cinayət işi açılıb. 

Milil.Az xəbər verir ki, bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin bildirdiyinə görə, Canqveladze cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda ittiham olunur. Qanuna əsasən, bu maddə ilə maksimum 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Təhqiqat məlumatına görə, Merab Canqveladze 1985-ci ildən bu günə qədər qeyri-rəsmi olaraq "qanuni oğru" statusuna sahib olub və Rusiya ərazisində müxtəlif kriminal strukturların fəaliyyətinə nəzarət edib.

Hazırda hüquq-mühafizə orqanları Canqveladzeyin yerini müəyyənləşdirmək və onun tutulması üçün genişmiqyaslı axtarış tədbirləri həyata keçirir.

Canqveladze son onilliklərdə Rusiya kriminal dünyasının ən tanınmış fiqurlarından biri kimi tanınırdı və onun adı dəfələrlə iri cinayət işlərində hallanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.