İranın şimalında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 124 min nəfərin yaşadığı Semnan şəhərindən 36 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Hazırda tələfat və dağıntılar barədə məlumat verilmir. Yerlərdə vəziyyət araşdırılır.
Milli.Az