Hadisə

Toya gedirdilər - bir ailənin 5 üzvü xəstəxanalıq oldu - FOTO

19 İyun 2025 17:20
Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəranda toya gedənlər qəzaya düşüb.

Milli.Az xəbər verir ki, Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza Ələt-Astara magistralının 165-ci km-də qeydə alınıb.

1976-cı il təvəllüdlü Fəxrəddin Mirzəyevin idarə etdiyi "Toyota Prado" markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən aşıb. Qəza nəticəsində sürücünün ailə üzvləri və yaxın qohumları 1980-cı il təvəllüdlü Yeganə Alişanova, 2003-cü il təvəllüdlü Afət Mirzəyeva, 2005-ci il təvəllüdlü Fəxriyyə Mirzəyeva, 1966-cı il təvəllüdlü Tahirə Alişanova və 2012-ci il təvəllüdlü A.Məmmədov xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Ailə Lerik rayonuna toy məclisinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.