Hadisə

Bakıda qülləyə çıxan 18 yaşlı gənc belə xilas edildi - ANBAAN VİDEO

9 Noyabr 2025 11:58
Baxış: 2 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhər saatlarında bir nəfər vətəndaş paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən metal qüllənin üzərinə çıxıb.

Milli.Az xəbər verir ki, bu haqda vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qülləyə çıxan 2007-ci il təvəllüdlü B.T adlı şəxs olub.

Xilasedicilər onunla ünsiyyət qurub və davamlı psixoloji söhbət aparılmaqla zəruri təhlükəsizlik tədbirləri görülüb.

Nəticədə gənc oğlan xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.